Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Polis aktrisanın avtomobilinə hücum etdiyi deyilən şəxsi tapdı

Polis aktrisanın avtomobilinə hücum etdiyi deyilən şəxsi tapdı

Polis aktrisanın avtomobilinə hücum etdiyi deyilən şəxsi tapdı
2021-11-30 , 12:55

"Aktrisa Nərgiz Əliyevanın yaydığı görüntülər polis tərəfindən araşdırılıb və müvafiq tədbir görülüb".

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.
O bildirib ki, həmin şəxs müəyyən edilərək saxlanılıb.
Məlum olub ki, həmin şəxs, 1971-ci il təvəllüdlü Sedov Vadim Vyaçeslaloviçdir. O, əvvəllər oğurluğa görə məhkum olunub. V.Sedov polisə izahatında bildirib ki, 15 gün əvvəl, noyabrın 15-də həbsdən azadlığa buraxılıb və maşınlara yaxınlaşaraq sürücülərdən ona bir manat pul vermələrini xahiş edib.
İzahat verən şəxs bildirib ki, N.Əliyevanın idarə etdiyi avtomobilə yaxınlaşanda məqsədi ona qarşı hansısa xuliqanlıq hərəkət etmək olmayıb, o, yalnız pul istəyirmiş.
Həmin şəxsin əməlləri xırda xuliqanlıq kimi dəyərləndirilib və barəsində toplanmış materiallar məhkəməyə göndərilib.
Son qərarı məhkəmə verəcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.