Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Özcanla bağlı yeni iddia: "Feyzanın başını divara vurdu"

Özcanla bağlı yeni iddia: "Feyzanın başını divara vurdu"

Özcanla bağlı yeni iddia: "Feyzanın başını divara vurdu"
2021-12-04 , 17:06

Türkiyəli aktyor Özcan Dənizin keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərdiyi iddiası ilə davam edən məhkəmə prosesində aktyorun qardaşı və Aktanın bacısı şahid olaraq dindirilib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Eda Aktan aktyorun şiddət göstərdiyinə şahid olduğunu bildirib:

"Döydüyü gün evlərindəydim. Aralarında mübahisə başladı, Feyzanın başını divara vurdu. Özcan "Kişi görmək istəyirsən?" deyərək, vurmağa başladı. Feyzaya "siqareti üzündə söndürərəm" dedi. 
Hakim məlumatların tamamlanması üçün araşdırmanın davam edilməsinə qərar verib.
Qeyd edək ki, Özcanın bir il müddətində azadlıqdan məhrum edilməsi tələb olunur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.