Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Bu da Mətanətin ikinci gəlini - "Artıq evləniblər" - FOTOLAR

Bu da Mətanətin ikinci gəlini - "Artıq evləniblər" - FOTOLAR

Bu da Mətanətin ikinci gəlini - "Artıq evləniblər" - FOTOLAR
2022-01-11 , 18:12

Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərimlə bağlı maraqlı fakt ortaya çıxıb.

Kərimin keçmiş xanımı Canana Axşam.az-a açıqlamasında ona göndərilən mesajdan danışıb. O bildirib ki, Kərimin yanvarın 8-də bir müddət əvvəl nişanlandığı Aysel adlı xanımla nikahı olub:
"Mənə tanımadığım bir xanım mesaj yazdı. Bildirdi ki, Kərim artıq evlənib. Mətanət xanım yalan danışmasın ki, nişan, elçilik yalandır. Böyük toy olmayıb. Mən deyəndə ki, onlar məni çoxdan boşamaq istəyirdilər, heç kim inanmırdı. Axırda mən özüm bezib boşandım. Uşaqlarımı geri versinlər, məndən uzaq olsunlar".
Digər bir maraqlı məqam isə Kərimlə bağlı sosial şəbəkədə edilən paylaşım olub. Belə ki, ad olmayan bir səhifə Kərim və həyat yoldaşı Ayselin fotolarını yayıb.
Paylaşımda "Kişilər necə də ümid verib başqasıyla evlənə bilir. Ayın 1-də gəlib mənə ümid ver, sonra 8-də eşit ki, evlənib. Qız da yanında. Heç olmasa Allahdan qorxardın. Məni gözüyaşlı qoyub. Göz yaşımla xoşbəxt ola bilmərsən, Kərim bəy" sözlərini yazıb.
Qeyd edək ki, Kərim və Canana ötən il boşanıb. Onların 3 övladı atada qalıb. Kərimin ötən ay nişanlanma xəbəri çıxıb. Canana isə apelyasiya məhkəməsinə müraciət edərək, uşaqlarını geri almağa çalışır. Məhkəmə yanvarın 25-də planlaşdırılıb.planlaşdırılıb.
Bu da Mətanətin ikinci gəlini - "Artıq evləniblər" - FOTOLARBu da Mətanətin ikinci gəlini - "Artıq evləniblər" - FOTOLARBu da Mətanətin ikinci gəlini - "Artıq evləniblər" - FOTOLAR
BiG.Az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.