Vüsalə Əlizadənin ölüm xəbəri yayıldı - VİDEO

Aparıcı Vüsalə Əlizadə ölüm xəbərini yayanlara sərt ismarıc göndərib.
"Yaxın dostum Dilşad xanım durmadan məni yığırdı. Gördüm ki, ağlayıb, qışqırır ki, sən yaxşısan, hər şey yaxşıdır? Telefonla belə xanımı özünü gətirmək yarım saat çəkib. Ard-arası kəsilməyən zənglər etdilər. İnsanın hissləri ilə oynamaq nə qədər asandır. Tik-tok sosial şəbəkəsində xəbər yayıblar ki, Allah rəhmət etsin, Vüsalə Əlizadə vəfat edib".