Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Meyxanaçılar arasında əlbəyaxa dava - Aydın Baləlini döydü - VİDEO

Meyxanaçılar arasında əlbəyaxa dava - Aydın Baləlini döydü - VİDEO

Meyxanaçılar arasında əlbəyaxa dava - Aydın Baləlini döydü - VİDEO
2022-03-07 , 13:36

Bakıda meyxanaçılar arasında dava düşüb.


BAKU.WS “bakupost.az”a istinadla xəbər verir ki, Bakıxanov qəsəbəsində keçirilən toy məclislərinin birində söz ustaları arasında sərt deyişmə baş tutub. Rəşad Dağlı Aydın Lökbatanlı bir-birini aşağılayan ifadələr işlədiblər. Meyxanaçı Baləli isə hətta təhqirə keçib.

Toydan sonra restoranın dəhlizində tanınmış meyxanaçı Rəşad Dağlı ilə Aydın Lökbatanlı arasında mübahisə düşüb. Meyxanaçı Baləli Rəşad Dağlını müdafiə etmək istəyib.

Bu vaxt Aydın onu döyüb. Rəşad isə ondan ötrü döyülən Baləlinin müdafiə etməyib, hadisə yerindən uzaqlaşıb.

Meyxanaçılar arasında yenidən davanın olacağı bildirilir.

Qeyd edək ki, uzun müddətdir, Rəşadla Aydın arasında problem yaşanır.

Məlumata görə, Rəşad Aydının çağırıldığı məclislərdə iştirak etmir. Bu toya isə Aydının gəlişindən xəbərsiz gedib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.