Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Afət Fərmanqızı: "Alt dodağı yer süpürür, üst dodağı göy süpürür" - VİDEO

Afət Fərmanqızı: "Alt dodağı yer süpürür, üst dodağı göy süpürür" - VİDEO

Afət Fərmanqızı:
2022-03-14 , 13:29

Ötən gün xalq artisti Naibə Allahverdiyeva Xalq artisti Flora Kərimova və müğənni Afət Fərmanqızı qalmaqalına münasibət bildirib. O, bununla bağlı sosial şəbəkədə paylaşım edib. Naibə Allahverdiyeva ad çəkmədən Afətin ünvanına səsləndirdiyi sözlər onu hiddətləndirib.

BAKU.WS xəbər verir ki, Fərmanqızı instaqram hesabında video paylaşaraq Allahverdiyevanın ünvanına təhqiramiz ifadələr işlədib:
"Alt dodağı yer süpürür, üst dodağı göy süpürür. Bu aktrisa öz aləmində guya Xalq artisti ilə mənim polemikama münasibət bildirib. Sənin əyri fikirlərin əyri ağzın kimi əyridir. Ona görə də o fikirlərin keçərli deyil. Orada qeyd edir ki, "Sənin nə haqqı var, sənəti olan filankəsə belə sözlər deyirsən". Bəs onun nə haqqı var ki, məni təhqir edir?"
Qeyd edək ki, Naibə Afət Fərmanqızının ünvanına "Ayıb olsun! Flora Kərimova Xalq artisti, xalqın sevdiyi sənətkardır. O, bir brenddir. Sən kimsən? Hansı titulun sahibisən? Xalq artisti öz sənətinin generalıdır. Sənin borcundur ona hörmət etmək. Susduqca, həddinizi aşmayın" sözlərini yazıb.
Xatırladaq ki, F.Kərimova Afəti məhkəməyə verib. "Mən Xalq artistiyəm, sənətkaram. Afət Fərmanqızı mənim şərəf və ləyaqətimi təhqir edib. Həmçinin, ailə üzvlərim barəsində etik olmayan ifadələr işlədib. Ümid edirəm ki, məhkəmə mənim nüfuzumu və təhqir olunmağımı əsaslı hesab edəcək, ədalətli qərar verəcək", - deyə F.Kərimova bildirib.
Binəqədi Rayon Məhkəməsinə daxil olan şikayətdə Afət Fərmanqızının Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunması tələb edilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.