Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Özünü apara bilməyən, zövqsüz, mədəniyyətsiz..."

"Özünü apara bilməyən, zövqsüz, mədəniyyətsiz..."

2022-03-19 , 10:48

Müğənni Nadir Qafarzadə sosial şəbəkədəki paylaşımı ilə müzakirələrə səbəb olub. 


Axşam.az xəbər verir ki, sənətçi həmkarı Səidə Sultanın bir çoxlarına "qıjı" dediyi videonu yayımlayıb. Səidənin sözlərini dəstəklədiyini söyləyən Nadir bunları əlavə edib:

"O qədər yerində deyirsən ki, ürəyimdən keçənləri. İndi isə izah edirəm: "Qıjı" nə kənddə gələnə, nə də şəhərdə olana deyilir. Özünü apara bilməyən, zövqsüz, mədəniyyətsiz, tərbiyəsiz və bu kimi xüsusiyyətlərə malik olan adamlara "qıjı" deyilir".

Qeyd edək ki, Səidə bir neçə il əvvəl "Heç vaxt demirdim, amma artıq deyirəm: biz "qıjılaşmışıq", artıq "qıjıyıq". Kimin xətrinə dəyirsə, öz payına götürürsə, özü bilər. Amma çox heyif, o qıjılara görə, musiqimiz də bərpad günə qalıb. Davranışımız da, şəhərimiz də onlara görə pis, sözbaz günə qalıb. Bezirik bəzən. Siz "qıjılara" görə nə qədər azərbaycanlı vətəndən gedir. "Qıjılar", çoxsunuz ey. Amma nə edək, dözməliyik. Gəlin bir "qıjı" bayramı keçirək” sözlərinin yer aldığı videosuna görə tənqid edilmişdi. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.