Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Hara getsəm sevgi hiss edirəm" - Lalə Azərtaş

"Hara getsəm sevgi hiss edirəm" - Lalə Azərtaş

2022-03-30 , 15:07

"Bu həyat nərdivandı. Qalxanda mehribandı. Enəndə nə yamandı… Düşünürəm ki, nərdivanı qalxıb bitirdim. Həyat yolumun tən yarısındayam. Yavaş-yavaş enməyə başlayacam. Amma enəndə də mehribancasına. Çünki həyatdan bütün dərsləri almışam, anladım. Xoşbəxt olmaq çətin deyil".

Yenilik.az xəbər verir ki, bu sözləri aparıcı Lalə Azərtaş yazıb. Ad gününü qeyd edən aparıcı paylaşımında bunları qeyd edib:
"Allahıma sonsuz şükürlər olsun. Dünyanın xoşbəxti mənəm dünyada. Hər şeyə mehriban toxunduğum üçün həyatın mənə olan cavabı da mehriban olur. Sevgi bağı çox güclü olan ailəm var. Dünyanın ən yaxşı valideynlərini və iki mələk balamı Allah bəxtimə yazıb. Üçbucağımda çox xoşbəxtəm. Evdən işə tələsənlərdənəm. Çünki mənim rəhbərim də dünyanın ən yaxşı rəhbəridir. Ən savab işlər üçün məni vasitəçi edib. Ən yaxşı kollektivdə mənim çalışdığım dostlardır. Evdən işə, işdən evə qaçanlar həmişə xoşbəxt olub. Ən yaxşı qohumlar, dostlar, ətraf da mənim. Ən dəyərli, səmimi tamaşaçı da mənimdir. Studiyamın qonağı, tamaşaçısı, verlişimin sponsoru da ayrılmaz parçamdır. Hara getsəm sevgi hiss edirəm.
40-dan sonrasını da eyni xətlə yaşamağı düşünürəm. İtirdiklərim də var sevdiklərim arasında. Onlara rəhmət! 3-5 nəfəri özüm silmişəm. Çünki uzatdığım əli dişləyiblər. Buna da xoş yanaşdım. Axı həyatın rəngarəngliyi bundadır. Gələcəklə bağlı planlarım çoxdur. Allahın izniylə hamısı həyata keçər. Ünvanıma yazılan sözləri oxuduqca qürurlanıram. Çünki sevgi və səmimiyyət hiss edirəm... Ən başlıcası: Mən bu ölkənin bir nəfəri olmağımla fəxr edirəm. Dövlətimizlə, başçısı ilə, ailəsi ilə. İndi bu nərdivanı necə mehriban enməyim? Axı ən yaxşılar mənimdir.
İllərlə xəbər aparıcısı ol, qələbə xəbərini çatdırmaq istə və bu sənə nəsib olsun, özünü Allahın ən xoşbəxt bəndəsi saymarsanmı? Bu xoşbəxtlik də nəsibim olub. Mən necə dünyanın ən xoşbəxti olmayım ki, mənim əsgər qardaşlarım var. Şəhadətə və şəhidliyə yüksələnlərə rəhmət, qalanları uca Allahım özü qorusun. Sizi sevir və mehribancasına nərdivanı enməyə başlayıram. Allahdan arzum yazdıqlarımın sona qədər mənimlə olması üçün mənə izin verməsidir. Bu ovcum boyda ürəyimə hər kəsi yenə də sığdıracağıma söz verirəm".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.