Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Manaf Ağayevin "Mercedes"ini özünə vermirlər

Manaf Ağayevin "Mercedes"ini özünə vermirlər

Manaf Ağayevin
2022-04-02 , 12:51

Müğənni Manaf Ağayev işğaldan azad olunan ərazilərə icazəsiz keçdiyi üçün inzibati qaydada həbs olunmuşdu. O, cəzasını çəkib qurtarmasına baxmayaraq, ona məxsus "Mersedes" markalı avtomobil qanunsuz olaraq cərimə meydançasında saxlanılır. 

Yenilik.az xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov bildirib.
Vəkil deyib ki, maşını geri qaytarmaqdan imtina edirlər:
"Manaf Ağayev də qorxusundan səsini çıxartmır".
Qeyd edək ki, Manaf Ağayev işğaldan azad edilmiş Füzuli rayonuna icazəsiz səfər etdiyi üçün fevralın 18-də məhkəmənin qərarı ilə 15 sutka həbs edilmişdi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.