Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Mətanət İsgəndərli keçmiş gəlinini məclisdən qovdurdu

Mətanət İsgəndərli keçmiş gəlinini məclisdən qovdurdu

Mətanət İsgəndərli keçmiş gəlinini məclisdən qovdurdu
2022-04-02 , 14:13

Əməkdar artist Mətanət İsgəndərli və keçmiş gəlini Canana rəqqasə Fatimə Fətəliyevanın ad günündə üz-üzə gəlib.

Axşam.az xəbər verir ki, Canananı dəhlizdə görən İsgəndərli özündən çıxıb. O, ətrafdakılara və məkandakı mühafizəçilərə onun içəri buraxılmamasını tapşırıb.
Canana Axşam.az-a açıqlamasında "Məclisə dəvət edilməmişdim, jurnalist dostlarla konsertə gedirdik. Dedilər ad günündə çəkiliş edək sonra. Mənim də Fatimə Fətəliyevaya hörmətim var. İstədim onu təbrik edim. Mətanət xanım məni dəhlizdə görüb dedi çıxarın onu buradan. Elə bil düşmənəm, cangüdən də çağırdılar" deyə söyləyib.
Qeyd edək ki, M.İsgəndərli məclisə oğlu Kərimlə gəlib. Kərim və Canana ötən il boşanıb. Üç uşaq atada qalsa da apellyasiya məhkəməsində uşaqlar anaya verilib. Qanun hələ qüvvəyə minmədiyi üçün uşaqlar atasıyla qalır.



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.