Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Şəbnəm həyat yoldaşı ilə fotosunu paylaşmama səbəbini açıqladı

Şəbnəm həyat yoldaşı ilə fotosunu paylaşmama səbəbini açıqladı

Şəbnəm həyat yoldaşı ilə fotosunu paylaşmama səbəbini açıqladı
2022-04-03 , 08:30

Müğənni Şəbnəm Tovuzlu “MTV Maqazin”ə açıqlamasında həyat yoldaşı ilə münasibətlərindən danışıb.

Yenilik.az xəbər verir ki, sənətçi həyat yoldaşının qısqanc olduğunu bildirib: "Bunu bir dəfə geyindim, güclü söz-söhbət oldu. Yanlarından və sinə hissəsindən bədənim görünürdü deyə icazə vermədi". 
Ş.Tovuzlu həyat yoldaşı ilə fotosunu paylaşmama səbəbini də açıqladı:
"Bu dəqiqə yan-yana şəklimizi çıxardım. Bilirəm ki, xoş söz yazmayacaqlar. İllərdir görmək istəyənlər var, əslində yığıb sürüyəcəklər, nələr yazacaqlar. Ən yaxşısı görməsinlər. Görməyəndə daha şirin, maraqlı olur".
 Şəbnəm onuda bildirib ki xəyanətə görə, ailəsini dağıtmaz:
“İlk dəfə iki gün küsülü qalmışdıq. Artıq havam çatmırdı. Xəyanətə görə ailəmi dağıtmaram. Sevgimizin bitməsini çoxları sitəyir. Amma bu olmayacaq, alınmayacaq, arzularına çatmayacaqlar. Sevgimizi bitirən yalnız o ola bilər ki, nə zamansa məni kimlərinsə ayağına verər”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.