Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Nazilə Səfərli 10 il əvvəl işlədiyim xəstəxanada xadimə idi" - VİDEO

"Nazilə Səfərli 10 il əvvəl işlədiyim xəstəxanada xadimə idi" - VİDEO

2022-04-14 , 13:11

Tarix Əliyevin (Tolik) verilişinin ötən gün yayımlanan buraxılışında maraqlı anlar yaşanıb.

Yenilik.az xəbər verir ki, canlı efir zamanı tamaşaçılardan biri zəng edərək şairə Nazilə Səfərli ilə bağlı iddia irəli sürüb. 
Adının İradə olduğunu söyləyən qadın Nazilə onun çalışdığı xəstəxanada 10 il əvvəl xadimə işlədiyini deyib. Həmin qadın Fatimə ilə Nazilə arasındakı qalmaqala görə şairəni qınayıb:
"Hamının keçmişi, bu günü və gələcəyi var. Məsələn, tanıdığım adam var, keçmişdə fəhlə işləyib, indi vəzifədədir. İnsan gərək keçmişini yadından çıxartmasın. Mən özüm mama-ginekoloqam. 23 il Respublika Perinatal Mərkəzdə işləmişəm. Nazilə xanım da bizim xəstəxanada xadimə işləyib. Daha sonra qəfildən işdən ayrıldı. Mən onun ayrılma səbəblərini deməyəcəm, o onun öz işidir. İndi şairədir, öz yolunu tapıb, müəyyən qazancı var. Mənim məqsədim heç kimi alçaltmaq deyil. Amma insanları təhqir etmək haqsızlıqdır. Fatimə xanım da uzun əziyyətlərdən sonra bu yerə gəlib çıxıb".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.