Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Müğənni Şəbnəm əsəbi halda kameraya hücum etdi - VİDEO

Müğənni Şəbnəm əsəbi halda kameraya hücum etdi - VİDEO

Müğənni Şəbnəm əsəbi halda kameraya hücum etdi - VİDEO
2022-04-16 , 16:31

Gənc müğənni Şəbnəm Qəhrəmanova növbəti dəfə qalmaqalla gündəmə gəlib.

Yenilik.az xəbər verir ki, müğənni bu dəfə bahalı və lüks avtomobilində əsəbi halda təhqirlə danışan sənətçi "MTV maqazin" kamerası tərəfindən görüntülənib.
Sənətçi daha sonra maşınından düşərək görüntüləri çəkən operatoru hədələyib. O kameraya hücum edərək çəkilişi dayandırmağı tələb və çəkilən videonun silinməsini tələb edib.
Bu zaman müğənninin halı pisləşib. Hadisə yerinə təcili yardım maşını çağırılıb. Həkimlərin müdaxiləsindən sonra özünə gələn Şəbnəm açıqlama verərək, şəxsi həyatı ilə bağlı problemlər yaşadığını, bu səbəbdən də əsəbi olduğunu qeyd edib.
Onu da bildirək ki, Şəbnəm Qəhrəmanova sonuncu dəfə vəkil Şəfiqə Nağıyeva ilə nigahdankənar uşaq dünyaya gətirmək mözusu ilə bağlı yaşadığı qalmaqalla gündəmə gəlmişdi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.