Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Arzum tükənsə mən tükənmiş olaram" - Məleykə Əsədova

"Arzum tükənsə mən tükənmiş olaram" - Məleykə Əsədova

2022-04-23 , 14:20

Bu gün Xalq artisti Məleykə Əsədovanın doğum günüdür.

Yenilik.az xəbər verir ki, 55 yaşını qeyd edən aktrisa hisslərini bölüşüb. O, özünə olan arzularını belə dilə gətirib:
"Yeni yaşım gəldi, xoş gəldi... Gəlişi uğurlu olsun... Arzularım... Əsas sağlamlıq və arzularımın həyata keçməsidir. Ən əsası da Allah məni, ailəmi şeytan ruhlu insanlardan qorusun. Allah ağlımızı əlimizdən almasın. Arzularımın çox hissəsi övladımla bağlıdır. Gülərim məni həyata bağlayıb, yaşamağa, ruhdan düşməməyə ruh verib. Qızımı sağlam və savadlı görməyi özümə arzulayıram. Doğmalarım yanımda olsun. Gözəlürəkli bacılarımın sağlam və sevinc dolu gözlərini hər zaman görmək istəyirəm. Səhnəsiz Məleykə olmaz. Yeni-yeni obrazlarla tamaşacılarımı hər zaman sevindirmək isteyirəm. Səhnədə və həyatımda çəkdiyim zəhmətimin bəhrəsini, alqışını görmək istəyirəm. Arzum tükənsə mən tükənmiş olaram. Həyatım var ikən arzularım cox olacaq. Bütün arzularıma Allahın izni ilə çatacam. Nə yaxşı ki, 33 ildir sənənin Məleykəsiyəm. Ad günüm mübarək. 33 ildir sevginizlə məni alqışladığınız üçün, məni sevən tamaşaçılarıma təşəkkür edirəm. Həyat, sevincin qədər, əzabın da şirindir. Səni mənalandıran o keşməkeşlərindir. Səndən doymaq olarmı, həyat, sən nə şirinsən. Ancaq hamının deyil, sən həyatın qədrini yalnız bilənlərinsən".



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.