“Əsasən də kişilər məqsədli şəkildə ailə həyatı qurur” - Kəmalə Qaramollayeva

Müğənni Kəmalə Qaramollayeva əksər kişilərin xanımlarla məqsədli şəkildə evləndiklərini deyib.
“Gənclər, əsasən də kişilər məqsədli şəkildə ailə həyatı qurur. Əvvəllər xanımlar deyirdilər ki, kişinin evi, maşını, pulu olsun. İndi əksinədir. Son zamanlar çox şahid oluram ki, kişilər xanımlarla məqsədli şəkildə ailə həyatı qururlar”.