Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “TikTok-da hədiyyəni kişilər atır” - Pərvindən Elcana cavab

“TikTok-da hədiyyəni kişilər atır” - Pərvindən Elcana cavab

“TikTok-da hədiyyəni kişilər atır” - Pərvindən Elcana cavab
2022-04-29 , 11:41

Aktrisa Pərvin Abıyeva "Tik-Tok"dan 35.000 dollar pul almasını yalanlayan aktyor Elcan Rəsulova cavab verib.

Yenilik.az xəbər verir ki, aktrisa onun dediklərinə haqq qazandırsa da, pulu gerçəkdən qazandığını açıqlayıb:
“Elcanın sözündə həqiqət var. Orada bir qayda var ki, hər gün 1000 dollardan artıq pul çıxara bilmirsən. Elcanın qazanmamağı normaldır. Yeni sima, qadın, kişilərin sevimlisisənsə, orada da hədiyyələri atan kişilərdir. Fanatlar var, canlı yayımda adının çəkilməsini istəyənlər var. “Hədiyyə atım, adımı çəksin” deyirlər. Bütöv şəkildə o pulu götürə bilmirsən, ancaq günə 1000 dollar çıxarmaq mümkündür. Orada sənə hədiyyə göndərən dost-tanışın da var, məcbursan ki, sən də onlara qarşılıq verəsən”.
Qeyd edək ki, Pərvin Abıyeva “Tarixin bir günü” verilişində “TikTok”dan ayda 35 min dollar qazandığını bildirmişdi. Elcan Rəsulov isə sənətçinin real şəkildə o məbləği görmədiyini söyləmişdi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.