Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Sizin tərbiyəszliyinizin qurbanı oldum” - Tolik

“Sizin tərbiyəszliyinizin qurbanı oldum” - Tolik

“Sizin tərbiyəszliyinizin qurbanı oldum” - Tolik
2020-03-08 , 17:29

Prodüser Tarix Əliyev (Tolik) "Hər şey daxil" verilişinin bağlanması ilə açıqlama verib.Müsahibə verən Tolik verilişin bağlanma səbəbini qısa şərh edib:


"Elza xanım Mətanət xanımın oxuduğu mahnıdan stat gətirdi. Dedi ki, Mətanət at ola-ola özünü ulaqların yerinə qoyur. Bu da Mətanət xanımın xoşuna gəlmədi və qeyri-etik söz istifadə etdi. Veriliş bitən kimi iclas oldu. Murad müəllim gəldi və qərar verildi".

Prodüser proqramının bağlanmasında birbaşa müğənnilərin günahkar olduğunu bildirib:

"Sizin hər birinizi yaxşı tanıyıram. Bu dəfə sizin tərbiyəszliyinizin qurbanı oldum".

Tarix eyni zamanda işdən çıxarılmadığını və yeni verilişlə tamaşaçı qarşısına çıxacağını da qeyd edib. /Axşam.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.