Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Manaf Ağayevin “fəxri fərman”ı dillərdə dastan oldu: “Nəyimə lazımdır o quru kağız?” – FOTO/VİDEO

Manaf Ağayevin “fəxri fərman”ı dillərdə dastan oldu: “Nəyimə lazımdır o quru kağız?” – FOTO/VİDEO

Manaf Ağayevin “fəxri fərman”ı dillərdə dastan oldu: “Nəyimə lazımdır o quru kağız?” – FOTO/VİDEO
2022-05-04 , 21:41

Müğənni Manaf Ağayevin “Azərbaycan Respublikası Qarabağ və Vətən müharibəsi veteranlarına, şəhid ailələrinə və əlillərə yardım” İctimai Birliyi tərəfindən fəxri fərmanla təltif olunması və fərmanda “Silahlı Qüvvələr tərəfindən təltif olunur” deyə qeyd edilməsi sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə bu adda təşkilatın qeydiyyata alınmadığını vurğulayıb:

 
“Hər bir qeydiyyatdan keçmiş, dövlət qeydiyyatına alınmış QHT (qeyri-hökumət təşkilatı) fəaliyyət göstərdiyi sahəyə uyğun olaraq fəxri fərman, diplom, təşəkkürnamə və s. mükafatlar təsis və təqdim edə bilər. Sosial şəbəkədə paylaşılıb ki, “Azərbaycan Respublikası Qarabağ və Vətən müharibəsi veteranlarına, şəhid ailələrinə və əlillərə yardım” İctimai Birliyi Manaf Ağayevə belə bir fəxri fərman verib. Ola bilər ki, bu şəxslər ictimai birlik təsis ediblər, ancaq dövlət qeydiyyatına alınmayıblar. Yazılıb ki, “Silahlı Qüvvələr və birlik tərəfindən təltif edilib”. Birlik tərəfindən təltif oluna bilər, ancaq QHT-yə kim icazə verir ki, Silahlı Qüvvələr tərəfindən təltif olunduğu yazılsın?! Hesab edirəm ki, hər bir qeyri-hökumət təşkilatı verdiyi təltifdə öz sahəsinə uyğun məsələlərə diqqət yetirsə, yaxşı olar. İnternet üzərindən apardığımız monitorinqlərdə belə bir təşkilat haqqında məlumat yoxdur”.
 
“Azərbaycan Respublikası Qarabağ və Vətən müharibəsi veteranlarına, şəhid ailələrinə və əlillərə yardım” İctimai Birliyinin sədri Heydər Quliyev isə ünvanına səslənən ittihamları qəbul etməyib:
 
“Bizim birlik dövlət qeydiyyatına alınıb, sənədlərim var. Mən qanunla iş görürəm. “Silahlı Qüvvələr” sözünə gəldikdə isə bu, texniki səhvdir. O səhvi düzəltdikdən sonra fəxri fərmanı Manaf bəyə təqdim edəcəyik. Manaf Ağayev qazilərin müalicəsində, şəhid ailələrinin toyunda və s. məsələlərdə onlara köməklik edib. Həmçinin Nadir Bayramlı, Kamil Zeynallı və bir çoxları da yardım ediblər”.
 
H.Quliyev fəxri fərmanda qeyd olunan “Azərbaycan Respublikası Qarabağ və Vətən müharibəsi veteranlarına, şəhid ailələrinə və əlillərə yardım” İctimai Birliyi adının da texniki səhv olduğunu, birliyin adının “Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə və əlillərinə sosial-mədəni yardım” İctimai Birliyi olduğunu əlavə edib.
 
Manaf Ağayev isə ümumiyyətlə bu məsələdən xəbərsiz olduğunu bildirib.
 
“Mənim belə bir şeydən xəbərim yoxdur. Kimə nə yardım etmişəm, hamısı göz özündədir. Fəxri fərman da lazım deyil. Nəyimə lazımdır o quru kağız?” - deyə Ağayev vurğulayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.