“Kimisə beş dəqiqəlik paç-muç etməyin nəyi xəyanətdir ki?"

Sosial şəbəklərdə müğənni Əli Mirəliyevin aparıcıyla maraqlı dialoqu gündəm olub. Belə ki, Əli Mirəliyev aparıcıya deyir ki, kişi bir dəfə evlənər. Aparıcı da deyir ki, bir dəfə evlənib min dəfə xəyanət edirsiniz. Əli Mirəliyev də cavabında deyir ki, əcəb eləyirəm. Moderator.az-ın əməkdaşı məsələylə bağlı müğənni Əli Mirəliyevlə əlaqə saxlayıb. Ə.Mirəliyev əməkdaşımızla söhbəti zamanı xəyanətlə bağlı öz fikirlərini səsləndirib:
“Xəyanət nə deməkdir, başım çıxmır. Xəyanət odur ki, sən bacının, qardaşının evini yıxırsan. Yoxsa gedib kimisə beş dəqiqəlik paç-muç etməyin nəyi xəyanətdir ki? Bu Allahın verdiyi nemətdir. Peyğəmbərimizin də, ərəblərin də 6-7 arvadları olub və belə çıxır ki, xəyanət ediblər? Sən xəyanət o vaxt edirsən ki, arvad-uşağını atıb gedib bir qadın tapırsan, o qadın da bilir ki, sən evlisən, uşaqların var, amma səni geri qaytarmırsa, o qadın özü də elə ev yıxandır, ailə dağıdandır. Kişi ola bilər ki, yolunu azsın. Amma indi elələri var ki, özü zəng vurub boynundan sallanır ki, hara gəlim? Bax, söhbət bundan gedir.
Keçmişdə belə deyildi axı. İndi hər şey aşkara çıxıb. Təsəvvür edin ki, kişilər qadınlıq edir, qadınlar da kişilik edirlər. Xəyanətkar mənəm, yoxsa üçüncü cins olan üzdəniraq “kişilərdir”. Bir var kişi qadını sevə, bir də var kişi-kişini sevir. Bəs onda nə olur? Gəlin ona cavab verin. Mən əgər gedib qıraqda beş-on dəqiqə qələt edib, özümü sevindirirəmsə, o qadına köməklik edirəmsə, həyat yoldaşımı, ailəmi saxlayıramsa, mənim nəyim xəyanətkardır? Xəyanətkar, cinayətkar o insanlardır ki, bu gün Azərbaycanda özlərinə üçüncü cins adıyla ad qoyublar.
Əli Mirəliyev, o musiqini oxuyan insan xəyanətkar ola bilməz. O sözləri öyrənən insan ailəsini atmaz. Tək mənimlə yox, bu cür kişilərlə fəxr etmək lazımdır. Biz musiqimizi, qeyrətimizi qoruyub saxlayırıq. Əgər mən bunları qoruyub, saxlayıramsa, nəyim xəyanətkardır? Gedin həyat yoldaşımdan soruşun ki, dünyada ən yaxşı kişi kimdir? Cavabında deyəcək ki, həyat yoldaşım Əli Mirəliyev. Çünki axırıncı pulumu da onlara verib özüm pulsuz gedirəm. Nəyim xəyanətkardır ki? Kimə ev, maşın almışam? Düzdü, populyar olmuşam, hər aşığın öz dövranı var. O biri müğənnilər kimi çaşmamışam, ailəmi atıb ikinci, üçüncü dəfə evlənməmişəm. Ağdadaş Ağayevə Allah şəfa versin, bir neçə dəfə evlənib. Bu belə olmur axı, indi onun bəlası tutub onu. Məmmədbağır da boşanıb təzədən evləndi. Niyaməddin Musayev də həmçinin. Hansın deyim? Soruşanda da deyəcək ki, arvad mənimdi boşamışam, nə deyə bilərsən. Həyat yoldaşımı istəyib almışam, ona dözürəm və axıra kimi də dözəcəm. Bu mənim ilk bəxtdimdir. Qarpız alanda bilirsən ki, içində nə var? Həyatda hər şey belədir. Amma əsas odur ki, insan mənliyini, şərəfini itirməsin, papağını başının üstündə bərk saxlasın, qızını, oğlunu yerbəyer etsin. Kişi kimi yaşamaq budur”.
OXŞAR XƏBƏRLƏR