Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Vahid Əhmədov: “Azərlotereya” qanun çərçivəsində hərəkət etməlidir”

Vahid Əhmədov: “Azərlotereya” qanun çərçivəsində hərəkət etməlidir”

Vahid Əhmədov: “Azərlotereya” qanun çərçivəsində hərəkət etməlidir”
2022-05-12 , 19:12

Mərc oyunları Azərbaycanda da geniş vüsət alıb. Müxtəlif metodlara əl atan işbazlar reklamlarda mərc oyunlarını “əyləncə oyunları” kimi təqdim edirlər. Bu yolda var-dövlətini, hətta həyatını qurban verənlər də az deyil. Bu gün küçələr, prospektlər mərc oyunlarının, mobil qumarxanaların əsarətindədir. Xüsusən də, "Azerlotereya"nın oyunları geniş yayılıb. Küçə ticarətinin, səyyar satışın qadağan edildiyi bir vaxtda ölkəmizdə "Azərlotereya" ASC rahatlıqla öz məntəqələrini açıb. Bu cür “Risksiz pul qazanmaq” adı ilə kütləni uçuruma aparanların qarşısı niyə alınmır? Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Demokrat.az-a açıqlamasında bu cür mərc oyunlarının əleyhinə olduğunu vurğulayıb.

 
Millət vəkilinin fikrincə, belə vərdişlər insanların maddi durumuna ciddi təsir edir:
 
“Əslində, hər bir qumar oyununun əleyhinəyəm. Bildiyimiz kimi, “Azərlotereya” ASC keçən ildən Türkiyə şirkətinə idarəetməyə verilib. Bu gün küçələrdə onun oyunlarının geniş yayıldığı deyilir. Düzü, mən rast gəlməmişəm.
 
Hesab edirəm ki, onlar qanun çərçivəsində bunu edirlərsə, yəni qanunu pozmurlarsa burada heç bir problem yoxdur. Yox, əgər qanunu pozurlarsa, o zaman ciddi tədbirlərin görülməsi zəruridir. Yəni, “Azərlotereya” ASC qanun çərçivəsində hərəkət etməlidir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.