Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Müğəni Sevincin türk meneceri həbs oluna bilər-İTTİHAM

Müğəni Sevincin türk meneceri həbs oluna bilər-İTTİHAM

Müğəni Sevincin türk meneceri həbs oluna bilər-İTTİHAM
2020-03-10 , 22:40

Türkiyədə yaşayan müğənni Sevinc Ağaşirinova təcavüzə uğradığını deyərək, şikayət edib.

Yenilik.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda türk mediası məlumat yazıb. Bildirilib ki, Sevinc meneceri tərəfindən təzavüzə məruz qalıb.
Karyerasına Türkiyədə davam etmək istəyən müğənni Levent M.-lə çalışmağa başlayıb. O, həmin şəxsin ona təcavüz etdiyini və sonra şantaja əl atdığını deyib. Polisə gedən Ağaşirinova şikayət ərizəsi yazıb.
Polis hazırda Levent M.-lə bağlı araşdırmaya başlayıb.
Hadisənin 2 il əvvəl baş verdiyi vurğulanıb. Onlar 5 ay birlikdə işləyiblər. Daha sonra Levent Sevincə ondan xoşu gəldiyini deyib və evlənmək istədiyini bildirib. O, "yox" cavabı aldığı halda onu Azərbaycanda biabır etməklə, Türkiyədə qalmasına imkan verməməklə, öldürməklə şantaj edib. Sevinc polisə Azərbaycandakı evini satıb, Leventə 300 min lirə verdiyini açıqlayıb.
Sevincin şikayəti əsasında Leventin 5 il həbs cəzası istənilib. Məhkəmə yaxın günlərdə qərar çıxaracaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.