Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Şəbnəm Tovuzlu: "Botoks etdirməmişəm”

Şəbnəm Tovuzlu: "Botoks etdirməmişəm”

Şəbnəm Tovuzlu:
2022-05-31 , 16:27

“Geyim mağazamın açılışının ilk günü plastik əməliyyat olundum. Şou aləmində əməliyyat etdirməyən bir mən qalmışdım. Mən də əməliyyat olundum. Dodağıma gel, üzümə isə botoks etdirməmişəm”.  


Bu sözləri müğənni Şəbnəm Tovuzlu Xəzər TV-də yayımlanan “Səhər mərkəzi” verilişinə qonaq olarkən danışıb.

Uşaqlıqda üzgüçülüklə məşğul olduğu üçün qollarının əzələli olduğunu bildirən Şəbnəm qollarını incəltmək üçün əməliyyat olunduğunu da əlavə edib:

“Qarın bölgəmdən və qollarımdan əməliyyat olundum. Çox zaman geyimlərimə irad tuturdular. Çəkim 70 kq-dan yuxarı olmayıb. O çəkidə hər zaman qalmışam. Ən aşağı çəkim isə 68 kq olub, boyum 155 sm. Boyuma görə dedilər ki, 60 kq olmalısan. Amma o çəkiyə düşə bilmirəm. Çünki yeməyi çox sevirəm. Ən çox kompleks etdiyim qollarım idi, 12 yaşımdan atam məni üzgüçülüyə aparıb. Bu səbəbdən də qollarım əzələli və həcmli idi. Qollarımı incəltmək üçün əməliyyat olundum, peşman deyiləm. Evə üç ildir qaçış aparatı almışam, amma bir dəfə də olsun üstünə çıxmamışam. Zaman qıtlığından idmana vaxt qalmır”. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.