Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Nərminin son vəziyyəti açıqlandı

Nərminin son vəziyyəti açıqlandı

Nərminin son vəziyyəti açıqlandı
2022-06-09 , 18:46

Qardaşı Kamran Kərimbəyova donor olan müğənni Nərmin Kərimbəyova reanimasiyadan çıxıb.

Yenilik.az xəbər verir ki, bir neçə gün əvvəl ifaçının səhhətinin pisləşdiyi, reanimasiyada olduğu məlumatı yayılmışdı. Nərminin anası Dilarə Kərimbəyova "Elgizlə izlə" verilişinə övladlarının səhhəti ilə bağlı açıqlama verib.
"Nərmin də, Kamran da reanimasiyada deyil. Hər gün danışırıq. Hər ikisi palatalardadırlar. Yavaş-yavaş düzəlirlər" deyə, o bildirib.
Qeyd edək ki, Nərmin bir neçə gün əvvəl qaraciyərinin bir hissəsini qardaşı Kamrana verib. Əməliyyat Türkiyədə gerçəkləşdirilib. Nərminin qardaşı uzun illərdir “Hepatit B” xəstəliyindən əziyyət çəkir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.