Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Bülənt Ərsoydan məzarı ilə bağlı xəbərlərə aydınlıq gətirdi

Bülənt Ərsoydan məzarı ilə bağlı xəbərlərə aydınlıq gətirdi

Bülənt Ərsoydan məzarı ilə bağlı xəbərlərə aydınlıq gətirdi
2022-06-22 , 18:18

Türkiyəli müğənni Bülənt Ərsoy ötən gün məzarı ilə bağlı çıxan xəbərlərə münasibət bildirib.

Yenilik.az xəbər verir ki, ifaçı bu barədə instaqram hesabında "Ölmədim, dostlar" başlığı ilə açıqlama yayıb. O, haqqında çıxan xəbərləri təkzib edib:
"Əziz atamın dəfn mərasimi zamanı dediyim sözlərin videosu əvvəlcə instaqramda yayıldı, sonra müsahibədə mənə bu mövzu ilə bağlı sual verildi. İndi isə 1,5 milyon TL büdcə ayrıldı. Bülent Ersoyun məzarı dərin olacaq, liftlə enəcək.
Mənim haqqımda açıqlama verən və ya edə biləcək hər hansı şəxsin və ya şəxslərin bu "cəfəngiyyat" sözləri mediada belə böyük yer tutacaqmı? "Məzarı üçün 1,5 milyon TL ayırdı" başlıqları mətbuat azadlığı çərçivəsindədirmi? Bu başlıqlar, xəbərlər məntiqli və etikdirmi? Yeri gəlmişkən, mənim səlahiyyətli menecerim Haluk Şentürkdür".

Qeyd edək ki, B.Ərsoyun meneceri olduğunu deyilən Fevzi Siverek məzarın 1,5 milyon lirəyə (təqribən 146 min 897 manat) başa gələcəyini və lift quraşdıracağını deyib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.