Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Ziyalılarımız yığışıb qərar verməlidirlər ki, Xoşqədəmin verilişi bizə lazımdırmı?”

“Ziyalılarımız yığışıb qərar verməlidirlər ki, Xoşqədəmin verilişi bizə lazımdırmı?”

“Ziyalılarımız yığışıb qərar verməlidirlər ki, Xoşqədəmin verilişi bizə lazımdırmı?”
2022-06-22 , 19:34

“Hərdən məndən soruşanda ki, Koroğlunun, Qaçaq Nəbinin olduğuna inanırsan, deyirəm ki, yox. Çünki bizim xalqımız belə deyil idi axı, niyə bizi bu günə qoydular. Koroğlu dastandır, amma Qaçaq Nəbi, Babək olub axı. Biz onların övladları deyilik, bilmirəm. Necə olur ki, bizdə qadınlar kişiləşib, kişilər arvadlaşıb. Mən bunun adını nə qoyum, bilmirəm”.

Yenilik.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib. Müğənni efirlərimizdə ailə institutunun dağılmasına xidmət edən verilişlərdən də danışıb:
“Azərbaycanı niyə bu gün qoyduq, bilmirəm. Kişilər niyə qadınları bu qədər boş buraxıblar. Biz artıq özümüz-özümüzü biabır edirik. Rayondan durub qaçırlar Xoşqədəmin verilişinə. Rayonsuz şəhər olmur. Bütün şəhərlərin kəndi olmalıdır. Kənd ayrı, şəhər ayrı şeydir. Kənddə əkib-biçirlər, heyvandarlıqla məşğul olurlar. Şəhərdə isə zavod, fabrik olur. Özüm də yay aylarında kəndə gedib dayımgildə çox qalmışam. Kənd həyatı çox maraqlıdır, şəhərdəkindən yaxşıdır. 
Hamı rayondan Bakıya qaçır. Bu qədər Qarabağ torpaqları işğaldan azad edildi niyə gedib o yerlərdə işləmirlər. Bakıda çayxanalarda gün keçirmək iş deyil. Qadın nə edirsə, kişinin boşluğundandır. Mən artıq axirətin əlamətlərini görürəm. Əgər biz Azərbaycan xalqı olaraq ailə dəyərlərimizi itirmişiksə, hara gedirik? Hər şeyimiz yerində idi, amma bu gün heç nə yerində deyil, hamısını əlimizdən alıblar. Ziyalılarımız, ağsaqqallarımız yığışıb qərar verməlidirlər. Belə həyat olmur, iki, üç aylıq evlənmək olmur. Boşanmaların sayı da gün-gündən artır. Çünki iş yerləri yoxdur. Gənclərimiz isə pis vərdişlərə qurşanıblar. Bizim gələcəyimiz nə olacaq, bilmirəm. Xoşqədəmin verilişi bizə lazımdırmı? 44 günlük müharibədə qələbə çaldıq. Amma indi bu verilişlərlə özümüzü biabır edirik”. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.