Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Bizi alçaltmaq düzgün deyil" - Şəbnəm Tovuzlu

"Bizi alçaltmaq düzgün deyil" - Şəbnəm Tovuzlu

"Bizi alçaltmaq düzgün deyil" - Şəbnəm Tovuzlu
2022-06-23 , 07:13

Müğənni Səidə Sultanın estrada musiqisinin bugünki vəziyyətini tənqid etməsinə Şəbnəm Tovuzludan cavab gəlib.

Yenilik.az xəbər verir ki, Səidə hazırda yutubda milyon baxış toplayan mahnıların Azərbaycan musiqisi üçün utanc olduğunu söyləyib:
“Azərbaycan musiqisi zay günündədir. Mən Səidə olaraq gözləyirdim ki, məndən sonra gələn müğənnilər xaricə çıxacaq, Avropada tək başına özlərini tanıdacaq. Biz əksinə 30 il daha da geriye getdik”, 
Səidənin fikirlərinə Şəbnəm Tovuzlu "Tarixin bir günü" proqramında cavab verib:

"Səidə dostumdur, amma bizi alçaltmaq və kateqoriyaya bölmək düzgün deyil. Biz əminliklə deyə bilərik ki, istəsək onların da janrında oxuyarıq. Bu gün mahnı janrında, kütlə sevgisində, efirin tələbatında, kütlə sevgisində bir yerdə duraq, görək kim yüksəkdir? Bəli, bu yerdə biz üstünük. Əgər mədəniyyət, əxlaq, insanlıq geyimi ilə efirə çıxıb bəzi hərəkətlərlə ölçülürsə, onda əxlaqlı, gözəl geyimlə çıxıb insanlara örnək olan xanımam. İfam da, tərzim də, xanımlığım da yerindədir. Bizi mahnılarımızla alçatmaq heç kimin haqqı deyil".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.