Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Başqalarında açıq geyimi qəbahət görürdü, hər şeyə mız qoyurdu"

"Başqalarında açıq geyimi qəbahət görürdü, hər şeyə mız qoyurdu"

2022-06-28 , 20:08

"Xalq artistləri haqda fikir deyəndə uyğunsuz alınır. Onlar haqda fikri onlar səviyyəsində olanlar deyə bilər. Dəyişimi Tünzalə Ağayevadan gözləmirdim".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri Xalq artisti Tünzalə Ağayeva haqda deyib. Sənətçi "7 özəl" proqramında Ağayevanın son günlər açıq-saçıq geyimlərə üstünlük verməsindən danışıb:
"Özü geyinmirdi, başqalarında isə açıq-saçıqlığı qəbahət görürdü. Onda hər şeyə mız qoymaq var. İndi hər dəfə geyimlərində bir yeri açıq olur. Çox düzgün şəkildə açır. Birdəfəlik yox, hər libasa uyğun edir. Artıq insan öz bədənini bilir və özünəgüvənir. Çərçivələri qırdı, çünki onda çox idi, hiss olunurdu. Hətta dəyərləndiriləndən sonra özgüvəni daha artdı, dedi, "Xalq artisti"yəm və seçilməliyəm. Hazırdakı obrazları, seçilməsi... Gələndə də başıbağlı olması ilə obraz yaratmışdı. İndi ulduz kimi adının sambalını qoruyur".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.