Mətanət Əsədova: "Təbii xanımam"
“Məni toydan qaçırtmaq istədilər. Bir müğənni var ki, bunun şahidi olub. Toyda oxuyarkən belə addım atmaq istəyib. Elçi gələn, aşiq olan, söz göndərən də olub. Müğənni olduğum üçün çox peşmanam. Təqdimatdan çox şey aslıdır. Məni düzgün təqdim etmədilər. Obraza girməyi sevmirəm, təbii xanımam. Necə özümü göstərirəmsə, deyirlər ki, yamanam! Rola girməsən, səni qəbul etmirlər. Dövr dəyişib. Mən rola girməyi bacarmıram”.
İfaçı bir müddət əvvəl keçirdiyi əməliyyatdan danışıb.
“Səsimlə bağlı böyük dərd yaşayırdım. İnsanları başa sala bilmirdim ki, gecə yata bilmirəm, boğuluram. Həkimimə təşəkkür edirəm. Bronxlarımda problem yaranmışdı. İçi dolu su olan kisələr yaranmışdı. Qorxulu bir şey yox idi. Sadəcə üstünə tez düşmək lazım idi. 7-8 il bu bəlanı çəkirdim. İki gün əməliyyata gec getsəydim, məhv ola bilərdim”, - deyə ifaçı bildirib.
OXŞAR XƏBƏRLƏR