Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Zaur Kamal: Yeganə aparıcıyam ki... - VİDEO

Zaur Kamal: Yeganə aparıcıyam ki... - VİDEO

Zaur Kamal: Yeganə aparıcıyam ki... - VİDEO
2022-06-30 , 19:31

Xəəbər verdiyimiz kimi, dünən "ARB" kanalında yayımlanan "Həmin Zaur" verilişində gərgin anlar yaşanıb. Proqramın aparıcısı Zaur Kamal və iranlı müğənni Afşin Azərin arasında mübahisə yaranıb.

Yenilik.az xəbər verir ki, Zaur Kamal reklam arasından sonra hadisə ilə bağlı açıqlama verib

Aparıcı bildirib ki, gələn qonaq özünü qonaq kimi aparmalıdır:

"Günah məndədir, günahı yalnız özümdə görürəm. Başqa heç kimdə günah yoxdur. Bayaq elə Afşinin özü ilə danışanda da o dedi ki, Zaur, sən bəzi müğənniləri dağ başına qaldırırsan. Yeganə aparıcıyam ki, İrandan gələn müğənnilərə hörmətim sonsuz olub. Afşin efir başlamamış dəhlizdə o biri müğənniləri niyə çağırdığımı soruşurdu. Mənə bildirdi ki, onlara orada sevgi yoxdur, onları sevən yoxdur. Mən də ona bildirdim ki, bunu aparıcı olaraq mən bilərəm. Yaxşı səsi olan müğənnilər bizim efirdə hər zaman iştirak edib. Yenə də İrandan gözəl səsi olan varsa, canla-başla mən efirə dəvət etməyə hazıram. Mənə deyirdi ki, onlarla məni eyni tərəziyə qoyma. Sən qonaqsan, əyləş və özünü qonaq kimi apar”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.