Aytac Vidadiqızı etiraf etdi: “Evlilik sarıdan bəxtim gətirmədi” - VİDEO

Aytac Vidadiqızı şəxsi həyatı haqda açıqlama verib.
“Artıq tənhalığımla razılaşmışam. Evlilik sarıdan bəxtim gətirmədi. Mən bir kişi tərəfindən sevilmişəm, o da mənim atam olub. Digər sevgilər mənim üçün boşdur. Saf sevgiyə inanmıram. Əgər sevgi olsaydı, davam edərdi. Onlara həm atalıq, həm də analıq edirəm. O uzaqdadır. Biz artıq ailə deyilik. Birləşməyimiz isə qeyri-mümkündür. Tələsdim, evlənməyə tez qərar verdim. Yanıldığım günlər, hadisələr oldu. Onunla həmyaşıdam. Vasitəçi oldu, bizi tanış etdi. Artıq sevgi yoxdur, onu da sevmirəm. Kaş ki, ailə qurmağa tələsməzdim, yanıldım”.