Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Rəqsanə qızının toyuna niyə gəlmədi?

Rəqsanə qızının toyuna niyə gəlmədi?

Rəqsanə qızının toyuna niyə gəlmədi?
2022-07-01 , 19:32

Müğənni Rəqsanə İsmayılova qızı Aysunun toy məclisində iştirak etməməsinin səbəbini açıqlayıb. 

Yenilik.az xəbər verir ki, bu barədə o, instaqramda məlumat yayıb.
“Hər bir valideynin arzusudur ki, balası xoşbəxt olsun. Qismət elə gətirdi ki, səhhətimdə yaranan problemlərə görə qızımın toyunda iştirak edə bilmədim. Hələ də qızdırmam var. Bu gün yenidən həkimə gəldik. Müayinə olunuram. Onsuz da Aysunumun nişanı toy kimi oldu. İnşallah yaxşı olaram. İyulun 25 - də Bakıda oğlumun məclisində yenidən dostlarla bir araya gələcəyik. Allah qismət etsə. Qızımın bu xoş günündə onu tək qoymayan bütün dostlarıma, tanışlarıma sonsuz təşəkkür edirəm. Allah bütün balaları xoşbəxt etsin, bizimkiləri də içində qızımın arzusu fərqli toy etmək idi, şükürlər olsun ki, bu toy da baş tutdu”, - deyə, sənətçi bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.