Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Zaur Kamalın etdiyində qanun pozuntusu yoxdur“ - Aparat rəhbəri

“Zaur Kamalın etdiyində qanun pozuntusu yoxdur“ - Aparat rəhbəri

“Zaur Kamalın etdiyində qanun pozuntusu yoxdur“ - Aparat rəhbəri
2022-07-02 , 16:51

ARB telekanalında Zaur Kamalın müəllifi olduğu "Həmin Zaur" verilişində əslən Cənubi Azərbaycandan olan məşhur müğənni Afşin Azəri ilə mübahisə edərək, onu efirdən qovması əksər izləyicilərin etirazına səbəb olub.

Yenilik.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a açıqlama verən Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov hesab edir ki, burada qanun pozuntusu faktı yoxdur.
“Bu aparıcının özünün müstəqilliyidir. Aparıcı, proqram, kanal kimi istəsə efirə çağırmaqda, onu efirdən uzaqlaşdırmaqda sərbəstdir. Burada qanun pozuntusu yoxdur. Əgər qanun pozuntusu olsaydı, monitorinq qrupumuz onu qeydə alıb, bizə bildirərdi. Həmin məqam cəmiyyətin narazılığına səbəb ola bilər, amma istənilən halda burada norma xaricində bir şey yoxdur”, - deyə Aparat rəhbəri müzakirələrə səbəb olan olaya münasibət bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.