"Öyünmək mənə yaddır"- Sevda Yahyayeva

Müğənni Sevda Yahyayeva şou-biznesin geyimlərinin qiyməti ilə öyünən müğənniləri tənqid edib:
"Sevmirəm göstərişi. Nəyinsə qiymətini açıqlamaq, öyünmək mənə yaddır. İndiyənə kimi nəyiminsə qiymətini açıqlamamışam. Hər dəfə soruşublar, amma deməmişəm. Kimsə deyəndə pis də qarşılamıram. Öyünmürəm ki, pencəyimin, ayaqqabımın bu qədər qiyməti var. Yaxşı layihəmlə öyünərəm, bu daha üstündür".