Yenilik.Az
www.YENILIK.Az » Maqazin » Şeyx biabır etdi: “Əndamını oynada-oynada…”

Şeyx biabır etdi: “Əndamını oynada-oynada…”

Şeyx biabır etdi: “Əndamını oynada-oynada…”
2020-03-14 , 14:15

“Bir qrup qadın adını müğənni qoyub, əndamını oynada-oynada efirləri zəbt edib. Kişilərə də baxırsan hamısı saqqallı, tatolu. Bunları efirlərdən yığışdırmaq lazımdır. Onları cinayət məsuliyytəinə cəlb etmək lazımdır, çünki mədəniyytəimiz adına ləkədirlər”.Bu sözləri Yenicag.az-a açıqlamasında xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.


O şou aləmində baş alıb gedən özbaşınalığa etirazını bildirib:

“Baxırsan heç danışa bilmir, oxumağı da elə danışığı kimidir. Efirləri bunlardan xilas etmək lazımdır. Başa düşürəm, telekanal rəhbərlərinə müxtəlif yollarla yaxınlaşırlar, tanış-biliş, qohum-əqrəba hesabına efirə çıxırlar. Üz-üzdən keçmir axı. Bunun da yolu var. Elə müğənnilərin qarşısında şərt qoymaq lazımdır ki, verilişlərdə canlı oxusunlar. Onda telekanal rəhbərləri də onlardan bu cür canlarını qurtaracaqlar. Çünki o şou müğənnilərin 90 faizinin canlı oxumağa səsi yoxdur. Bu şərtdən sonra utanıb efirlərə çıxmayacaqlar”.

Şeyx Əbdul klassik musiqiləri oranjeman edən musiqiçilərə də səslənib:

“İllərlə məşhur olan sənət əsərlərinə toxunmaq lazım deyil. Bu cinayətdir. O musiqiləri oranjeman etmək olmaz”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.