Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Azər bu dəfə Fərda ilə dava etdi: "Güya sən "bomba"san?!" - VİDEO

Azər bu dəfə Fərda ilə dava etdi: "Güya sən "bomba"san?!" - VİDEO

Azər bu dəfə Fərda ilə dava etdi:
2022-07-08 , 15:16

Aktyor Fərda Xudaverdiyevlə aparıcı Azər Zahid TikTok-da canlı yayımda mübahisə edib. 


Bizim.Media xəbər verir ki, tərəflər "TikTok" sosial şəbəkəsindəki yarışma zamanı bir-birini müxtəlif mövzularda ittiham ediblər.

Azərin təvəllüdlə bağlı sualına Fərda, "1979-cu ildənəm. Sən mənim balacam sayılırsan" deyərək cava verib. Bundan sonr tərəflər arasında gərgin mübahisə yaşanıb.
Aktyorun "Bizi yaşınla maarifləndir" deməsinə aparıcı belə cavab verib:

"Sən məni gözdən sala bilmərsən. Burada canlı yayım aparıram. Bu bir formatdır. Səhnədə şitlik edib, deyib-gülürsən. Sənin özünəməxsus yayım xarakterin var, mənim də belə. Sən imkan vermirsən düzgün yayımımı aparım".

Daha sonra ikili bütün canlı yayım boyu aralarında yaranan mübahisəni aydınlaşdırmağa çalışıblar.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.