Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Deyir ki, belə etmə utanıram“

“Deyir ki, belə etmə utanıram“

“Deyir ki, belə etmə utanıram“
2022-07-13 , 08:30

Əməkdar artist Aybəniz Haşımova MTV-də qonaq olub.

Yenlik.az "Teleqraf"a istinadla xəbər verir ki, Aybəniz Haşımova qızı Aynişan Quliyevadan danışıb:
"Mahnılarımı oxuyanda ilk olaraq Aynişana deyirəm ki, necə oxumuşam? Mənə baxıb gülür və deyir ki, mama, sənə nə deyim. Cavab verirəm ki, gör qulağına necə yatır? Deyir ki, belə etmə utanıram.
Geyimlərdə aksessuarlardan istifadə edəndə qızıma deyirəm ki, yaraşdımı? Aynişanla məsləhətləşirəm, amma öz bildiyimi edirəm. O da deyir ki, bəs, niyə soruşurdun?! Deyirəm ki, fikrin mənə maraqlı idi".
Əməkdar artist aparıcının "Aynişan Quliyevanın ifaçılığı ikinci plana keçdi. Buna siz müdaxilə etdiniz?" sualına "Vallah yox... Aynişan nə qərar verirsə, özü edir. Mən ona müdaxilə etmirəm. Sadəcə nəsə soruşanda öz fikrimi deyirəm, amma heç vaxt heç nəyə məcbur etmərəm. Mən tələbələrimlə də beləyəm. Onlara oxumağı öyrədirəm. Düzünü başa salmaq lazımdır, amma məcbur etmək olmaz", - deyə cavab verib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.