Müğənni Hissə 50 000 AZN-lik lüks avtomobil hədiyyə edildi - VİDEO

Müğənni Hiss (Röya Məmmədova) bahalı avtomobili ilə gündəmə gəlib.
Sözügedən avtomobil Hissə hədiyyə edilib. Bu haqda BAKU.WS-ə danışan ifaçının köməkçisi Vüqar avtomobilin Hissə yerli avtomobil şirkətləri tərəfindən bağışlanıldığını bildirib.
Sənətçiyə hədiyyə olunan nəqliyyat vasitəsi 2022-ci il istehsallıdır. Maşının qiyməti 50 000 AZN dəyərindədir.
Xatırladaq ki, Hiss bir müddət əvvəl özünə bahalı malikanə də alıb.