Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Xalq artisti ölümdən döndü: "Pul xərcləməyə dəyməz dedilər..."

Xalq artisti ölümdən döndü: "Pul xərcləməyə dəyməz dedilər..."

Xalq artisti ölümdən döndü:
2022-08-10 , 14:58

Azərbaycanın Xalq artisti, aktyor Ramiz Novruz səhhətində yaranan ciddi xəstəlikdən sonra nəhayət sağlamlığına qovuşub.

Bu barədə aktyorun qızı Şəfəq Novruz məlumat yayıb.
O, "Instagram" hesabında paylaşımında bu sözləri yazıb: 
"Məndən atamı çox soruşursunuz, Şükür, dualarımız öncə Allahın, sonra isə Heydər Əliyev fondunun köməkliyi ilə yerinə yetdi. Təşəkkürümü bilmirəm necə bildirim. Şəkildə gördüyünüz dəyərli həkim Altay Əliyevdir, atamı yenidən bizə bağışlayan insandır. Bizim çəkdiklərimizi heç kim bilmədi. Atamın xəstəliyi ilə bağlı xəbərləri eşidəndə özüm belə "Instagram"a yansıtmadım. Heydər Əliyev fondu bizi düzgün ünvana yönəltdi. Maddi olaraq yox, mənəvi çox aciz və əlacsız bir vəziyyətdə idik. Niyə aciz və əlacsız? Bizə bəzi həkimlər çox üzücü bir xəstəlik tarixçəsi demişdi. Hətta pul xərcləməyə belə dəyməz, gözləyin, nə qədər yaşayar, yaşayar dedilər. Bəzən pul belə insana kömək etməyə bilər..."
Bundan başqa, Xalq artistinin qızı qeyd edib ki,  aktyor çəki itirsə də, sağlamlığı yerindədir, hətta kökəlməyə də başlayıb. 
Qeyd edək ki, Ramiz Novruz "Sizi dünyalar qədər sevirdim" filmində general Həzi Aslanovu, "Topal Teymur" filmində Divanbəyini, "Fəryad" filmində Loğmanı və bir çox obrazları yaradıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.