Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "20 ildir ki, bir-birimizi görəndə "sevgilim” deyə müraciət edirik" - VİDEO

"20 ildir ki, bir-birimizi görəndə "sevgilim” deyə müraciət edirik" - VİDEO

2022-08-11 , 07:50

Xalq artisti Nazpəri Dostəliyeva şok etiraf edib.

 
Yenilik.az xəbər verir ki, ATV-də yayımlanan "Günün sədası” verlişinin qonağı olan xalq artisti Nazpəri Dostəliyeva şəxsi həyatından danışıb. 
 
Belə ki, müğənni bildirib ki, "Nə olar Allahım" mahnısında çəkilən Ramiz bəyə sevgilim deyə müraciət edir:


"Onu deyə bilərəm ki, "Nə olar, Allahım” mahnısının təkrarı olmayacaq. Ola bilər ki, daha yaxşısı olsun və ya onunla eyni səviyyədə olsun. Həmin klipdə çəkilən Ramiz bəylə artıq 20 ildir ki, bir-birimizi görəndə "sevgilim” deyə müraciət edirik. O, mənim əzizimdir, canımdır. Onu da, ailəsini də çox istəyirəm.
Sevgi barədə onu deyə bilərəm ki, sevgisi olmayan insan yoxdur. Özümə qarşı bu qədər sevgi - xalq sevgisi məgər qarşılıqsızdır? Onda mən nankor olaram ki…
Hər konsertimdə bu sevgini görmüşəm, bir dəfə konsert zamanı bir pərəstişkarım səhnəyə qaçıb, məni qucaqlamaq istəyib, cangüdənlər təşvişə düşüb onu uzaqlaşdırıblar, elə biliblər ki, mənə xəsarət yetirmək istəyir. Həmin anda oğlanın ürəyi gedib. Hər konsertdə qapıda təcili yardım maşınları dayanırdı".
Həmin görüntüləri təqdim edirik:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.