Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "O qadınlara haqq verirəm, qoy kişini evdən qovsunlar"

"O qadınlara haqq verirəm, qoy kişini evdən qovsunlar"

"O qadınlara haqq verirəm, qoy kişini evdən qovsunlar"
2022-08-12 , 07:56

"Harınlayanlar var. Onları o dəqiqə boşamaq lazımdır. Evə pul gətirmirsən, yazıq qadın onun-bunun qapısında işləyir, heç bir işlə məşğul olmursan, bir corab alıb bu qadına gətirmirsən, dilin də çıxır. Qadın niyə dözməlidir? Dözməli deyil".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər "Elgizlə izlə" proqramında deyib. O, işləməyən kişiləri tənqid edib:
"O qadınlara haqq verirəm, qoy cəzalandırsınlar, evdən qovsunlar, əşyalarını da atsınlar ki, get. Uşağa qadın baxır, dünyaya gətirir, onun yeməyi, içməyi, qayğıları, daha nə oldu? Belə kişinin adı nədir? Belə kişi olar? Kişi odur ki, canı çıxar gedər, həç nə də yox, daş atar. Çünki evlənmisən, bu addımı özün atmısan, kiminsə qızını evinə gəlin gətirmisən və uşaq dünyaya gəlib. Onlar ac qalmalı deyil axı. Mən belə düşünürəm, əks halda canı çıxardı evlənməzdi. İnsan o vaxt evlənər ki, əli çörəyə çatar. Bir kişi əli çörəyə çatmayana qədər evlənə bilməz". 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.