Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Şəbnəm Tovuzlu ilə Ali Pormehr arasında mahnı qalmaqalı - VİDEO

Şəbnəm Tovuzlu ilə Ali Pormehr arasında mahnı qalmaqalı - VİDEO

Şəbnəm Tovuzlu ilə Ali Pormehr arasında mahnı qalmaqalı - VİDEO
2022-08-24 , 14:57

ARB telekanalında yayımlanan "Həmin Zaur" verilişinin qonaqları bu dəfə Şəbnəm Tovuzlu və iranlı müğənni, bəstəkar Ali Pormehr olub.

BiG.AZ xəbər verir ki, Ali Pormehr Şəbnəm Tovuzlu ilə aralarında baş verən qalmaqaldan danışıb.
Zaur "Mahnı mənə aiddir" deyən Pormehrin sözünü kəsərək "Şəbnəmə vermək istədin, gördün ki, pul vermədi, özün oxudun?" sualını verib.
İranlı bəstəkar isə cavabında bunları söyləyib:
"Şəbnəm xanımla heç vaxt aramızda pul söhbəti ola bilməz, milyonlar da aramıza girə bilməz. "Yar ağladı"nı belə pulsuz hədiyyə etmişəm.
Mən bu mahnını özəl olaraq qızıma yazmışam. Balaca inciklik oldu, o da Şəbnəm xanım "Youtube"a yerləşdirdiyi üçün.
Bu məsələdən sonra Şəbnəm xanım mahnının aranjemanının xərcini tam ödədi və mənə hədiyyə etdi".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.