Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Vüsalə oğlunun 22 yaşını belə qeyd etdi - FOTO/VİDEO

Vüsalə oğlunun 22 yaşını belə qeyd etdi - FOTO/VİDEO

Vüsalə oğlunun 22 yaşını belə qeyd etdi - FOTO/VİDEO
2022-09-12 , 17:18

Aparıcı Vüsalə Kərimovanın ailəsində xoş gün yaşanıb. 

BAKU.WS xəbər verir ki, 45 yaşlı televiziya işçisinin yeganə övladı Ayxan Bayramovun 22 yaşı tamam olub. Vüsalə dostlarını bir araya yığaraq oğlunun yeni yaşını qeyd edib. Aparıcı bu haqda sosial şəbəkə hesabında bildirib.
O, övladının ad günündən foto və videolar paylaşaraq onu təbrik edib:
"22 il… Ayxan Bayramov, səninlə keçən hər an mənim xoşbəxt tariximdi. Sən sevginin ən gözəlisən, mənim özəlimsən, yaxşı ki mənim oğlumsan, balamsan, varımsan.
Ayxan Bayramov, səni verən Allaha min şükür olsun, balam, xoş gəldin həyatıma... Məni ana edənim. Bil ki, sən "anam" deyəndə mənim bütün kədərim unudulur. Çox yaşa oğlum, sağlam, xoşbəxt yaşa".
Kərimovanın oğlunun ad günü məclisində müğənni Yaşar Cəlilov da iştirak edib. 
Məlumat üçün bildirək ki, Ayxan Bayramov Türkiyənin İstanbul universitetinin məzunudur. O, qardaş ölkədə "Beynəlxaq münasibətlər" fakültəsini bitirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.