Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Mətanətdən etiraz: “Səsimə qiymət verilmədi“ - VİDEO

Mətanətdən etiraz: “Səsimə qiymət verilmədi“ - VİDEO

Mətanətdən etiraz: “Səsimə qiymət verilmədi“ - VİDEO
2022-09-12 , 17:32

Müğənni Mətanət Əsədova səsinə qiymət verilməməsindən gileylənib.

Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Tam Vaxtıdır” proqramında qonaq olan ifaçı verilişlərə dəvət olunduqda saatlarla oxumaq istədiyini bildirib:
“Əgər mən evdə sərf etdiyim zamanı musiqiyə yönəltsəydim, indi səsim yüksəklərdən gələrdi. Ona görə yönəltmədim ki, dövrümdə səsimə qiymət verilmədi. Odur ki, elə-belə oxuyuram. Əsl Mətanət Əsədova efirdə oxuduğunun bir faizini belə oxumayıb. Çünki ona şərait yaratmırlar.
İndi məni bu verilişə niyə çağırmısınız? Qonşu kanalların birində veriliş yayımlanır. Verilişin aparıcısı deyir ki, səni tək qonaq çağırmaq istəyirəm. Elə düşünməyin ki, Mətanət bəziləri kimi eqoistdir.
Xeyr, mən bunu demirəm. Xalq səsimi dinləmək istəyir. Gətir Mətanəti on saat efirdə oxut, gör o səhnədən qaçacaq?”
Həmin görüntüləri təqdim edirik:
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.