Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Manaf Ağayevin səhhətində problem var? - “21 gündə 10 kiloqram...“ - Müğənni danışdı

Manaf Ağayevin səhhətində problem var? - “21 gündə 10 kiloqram...“ - Müğənni danışdı

Manaf Ağayevin səhhətində problem var? - “21 gündə 10 kiloqram...“ - Müğənni danışdı
2022-09-25 , 17:49

Müğənni Manaf Ağayevin İnstaqram hesabında paylaşdığı son foto müzakirələrə səbəb olub. İfaçının həddindən artıq arıqlaması diqqətdən yayınmayıb. Hətta bunu M.Ağayevin səhhəti ilə əlaqələndirənlər də olub. Bəzi İnstaqram istifadəçiləri ifaçının ağır xəstəlikdən əziyyət çəkdiyini idda ediblər. 

Müğənni Yenisabah.az-a eksklüziv açıqlama verib. O, arıqlamağının səhhətində hər hansı problemlə bağlı olmadığını, sadəcə diet məqsədli olduğunu bildirib:
"Qidalanmağımla əlaqədar çox kökəlmişdim. İndi isə dietdəyəm. Çörəyi qida rejimimdən çıxarmışam. Şükürlər olsun ki, hər şey qaydasındadır, səhhətimdə, sağlamlığımda heç bir problemim yoxdur. 21 gündür ki, dietdə olmağıma görə 10 kiloqram çəki atmışam. Efir, səhnə üçün çox köklük yaramır. Buna görə də qarşıma məqsəd qoydum ki, arıqlayım".
Müğənni hazırkı vəziyyətində çox qala bilməyəcəyini də bildirib:
"Təbii ki, belə davam edə bilməz. Həmişə belə dietdə qalmaq olmur. Yəqin ki, 5-6 kilo kökələcəm, amma bu çəkimi saxlamağa çalışacam. Bizim millət də belədir. Kök olursan, arıqlamağı məsləhət görürlər, arıqlayanda da yaraşmadığını deyirlər. Camaatın dediyi mənim üçün çox maraqlı deyil. Mənə maraqlı olan sağlamlığımdır. Əsas məsələ sağlam şəkildə arıqlamaqdır. Bunu da özüm məqsədli şəkildə eləmişəm. Kökəlməyə aparan xaş, çörək, şirniyyat, xəngəldən isə istifadəni dayandırmağım belə bir nəticə əldə etməyimə səbəb olub".
İmamət İSMAYILOVA

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.