Yenilik.Az
www.Yenilik.Az » Maqazin » İbrahim Tatlısəsdən İranda öldürülən qadına dəstək: Allah qadınların yanındadır

İbrahim Tatlısəsdən İranda öldürülən qadına dəstək: Allah qadınların yanındadır

İbrahim Tatlısəsdən İranda öldürülən qadına dəstək: Allah qadınların yanındadır
2022-09-30 , 14:50

Müğənni İbrahim Tatlısəs hicab qaydalarına əməl etmədiyi üçün İranda saxlanıldıqdan sonra polis tərəfindən öldürülən 22 yaşlı Mahsa Amininin başına gələnlərə səssiz qalmayıb.

Sosial media hesabından paylaşım edən müğənni vəfat edən Aminiyə dəstəyini nümayiş etdirib.
 
Belə ki, sosial media hesabı ilə bütün qadınların azadlığına diqqət çəkən Tatlısəs "Ruhumun narahatlığını, ürəyimdəki ağrıları izah edəcək nə söz var, nə də mətn... Mübarizə aparan bütün qadınların haqlı mübarizəsini dəstəkləyirəm. Allah bütün qadınların yanındadır". - deyib.
 
Qeyd edək ki, İranda geyim qaydalarına əməl etmədiyi səbəbilə döyülərək öldürülən Məhsa Əmininin ölümündən sonra müxtəlif şəhərlərdə yüzlərdə etiraz aksiyası keçirilib.
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.