Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Yığışdırın yalançı sevgilərinizi" - Aparıcıdan sərt sözlər

"Yığışdırın yalançı sevgilərinizi" - Aparıcıdan sərt sözlər

2022-10-01 , 14:33

"Hər kəs yazır, amma inanın ele əsəbimə toxunur ki... Bir neçə insan bilir Rəhimlə necə dost və sirdaş olmuşuq. Son zamanlar təkliyə çəkilsə də, inanın hər gün keçdiyimiz yolları xatırlayırdıq".


Bu sözləri aparıcı Lalə Əlimuxtarova sosial şəbəkədə yazıb. O, dünən vəfat edən Rəhim Rəhimli haqda paylaşım edən bəzi məşhurlara əsəbiləşib:

"Demirəm axı ki, niyə belə oldu? Allahın qədəri var, deməli, bu qədər imiş. Çox təəssüf, bir onu deyəcəm ki, yalandan statuslar paylaşıb, özünüzü artistliyə vurmayın. Ay bəzi 5 gündən sonra yaddan çıxaranlar və illərdir Rəhimin yanında olmayanlar... Onu nə məclislərinizdə, nə ad günlərinizdə, nə də əzizlərinizin toyunda gördüm. Nə olar, yığışdırın yalançı sevgilərinizi. Təbii ki, hər kəsdən söhbət getmir. Mən onun əsl dostlarını və yalançı dostlarını çox yaxşı tanıyıram".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.