Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Rəhim xəstəliyini anasından gizlədib" - Kübra Əliyeva

"Rəhim xəstəliyini anasından gizlədib" - Kübra Əliyeva

"Rəhim xəstəliyini anasından gizlədib" - Kübra Əliyeva
2022-10-01 , 15:12

"Gecdir, amma danışmasan olmaz. Rəhim bir xasiyyəti indi mənə məlum olub ki, o özü haqda heç vaxt, heç kimə müraciət etməyib. Amma mesaj göndərib. O ayaqlarına biganə qalmaq olmazdı. Mən iki ay əvvəl onu gördüm, amma ayaqları belə deyildi. Düzdür, ayağına idman ayaqqabısı geyinmişdi, amma onun geyim tərzi idi. Halından şikayət etmədi".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Kübra Əliyeva ötən gün dünyasını dəyişən bəstəkar-müğənni Rəhim Rəhimli haqda "Bizimləsən" verilişində deyib. O, mərhum sənətçinin xəstəliyini anasından gizlətdiyini bildirib:
"Deməli, o dərdini heç kimə söyləməyib. Onu qoruya bilmədik. Xəstəliyi bilinsəydi, dövlət tərəfindən də nəzarətə götürülərdi. Rəhim xəstəliyini anasından da gizlədib. Gizli-gizli dərmanlar qəbul edib. Hansı dərmanları qəbul edirsən? Bəlkə heç o preparatlar sənə olmaz? Bir iki nəfərlə məsləhətləşmək lazım idi. Kaş ki, Rəhim səhhətində yaranan problemlərdən xəbər verərdi".



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.