Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Çingiz Əhmədov: “Artıq Hindistana nifrət edirəm, heç mahnılarını da oxumaq istəmirəm”

Çingiz Əhmədov: “Artıq Hindistana nifrət edirəm, heç mahnılarını da oxumaq istəmirəm”

Çingiz Əhmədov: “Artıq Hindistana nifrət edirəm, heç mahnılarını da oxumaq istəmirəm”
2022-10-01 , 15:18

Hər zaman hind mahnılarının mahir ifaçısı kimi tanınan Əməkdar artist, tanınmış aktyor Çingiz Əhmədov Hindistanın Ermənistanı dəstəkləməsinə münasibət bildirib.


Ç.Əhmədov Pravda.az-a müsahibəsində çox təəssüf hissi keçirdiyini deyib.

“Çox pis olmuşam. Nifət edirəm. Heç mahnılarını oxumaq da istəmirəm”, - Ç. Əhmədov bildirib.

Aktyor Azərbaycanda hind kinolarının yayımının dayandırılmasını təklif edənlərə də münasibət bildirib:

“Dövlət necə qayda-qanun qoyursa, elə də olsun. Amma özüm nifət edirəm. Onlar gördülər ki, Pakistan Azərbaycana dəstəkdir, bəlkə də, buna görə belə bir şeytanlıq ediblər. Sözün əsl mənasında, həqiqətən çox pis olmuşam. Fikir verirsinizsə, verilişlərimdə də hind mahnısı ifa etmirəm. Bu, artıq fikrimdə də yoxdur”.

Ç.Əhmədov vaxtilə müsahibələrinin birində səsləndirdiyi “mən hind filmləri olmadan qala bilmirəm” fikirlərinin bundan sonra dəyişib-dəyişməyəcəyi sualına isə belə cavab verib:

“Aktyorların nə təqsiri var ki? Sovet dönəmində vaxtilə məşhur hind aktyoru Rac Kapur da Azərbaycana gəlmişdi. Rəşid Behbudovla dost, qardaş idi. Hindistanın keçmiş baş naziri İndira Qandi ilə də Sovet dönəmində yaxınlığımız olub. Amma indi necə edək, dövlət necə qayda-qanun qoyacaqsa, elə də olacaq”.

Ç.Əhmədov hazırkı teatr fəaliyyəti barədə də məlumat verib:

“39 ildir ki, Akademik Musiqili Teatrda çalışıram. Teatrda Hacıbaba Bağırovun rollarını oynayıram. Hal-hazırda Elçin Əfəndiyevin “Baladadaşın toy hamamı”, eyni zamanda Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” əsərini səhnələşdirirəm. Yeni tamaşalara hələ imza ata bilmirəm. Çünki həftə içi beş gün Space Tv-də veriliş aparıram. Hər səhər 10:30-dan 12:00-a qədər canlı efirdə oluram”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.