Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Allah sənin qəbrini yalandan qucaqlayan dostlarına da kömək olsun"

"Allah sənin qəbrini yalandan qucaqlayan dostlarına da kömək olsun"

2022-10-02 , 12:56

Prodüser-aparıcı Tarix Əliyev bəstəkar-müğənni Rəhim Rəhimlinin məzarını ziyarət edib.

Axşam.az xəbər verir ki, ziyarətdən video paylaşan prodüser mərhum sənətçinin dostlarını tənqid edib:
"Rəhim, Allah sənə rəhmət eləsin. Dəfndə gələ bilməsəm də, amma bu gün özümə borc bildim. Baxmayaraq ki, səninlə yaxın dost olmamışıq, amma sənə hər zaman hörmət etmişəm. 
Mənə çox pis təsir edən bu mənzərə oldu. Rəhimin məzarı kənarında bir dənə də olsun gül yoxdur. Yalnız gül şirkəti çələng göndərib. Bu gün də özüm sənin ruhunu şad etmək üçün bu gülləri gətirdim. Amma dünən səninlə vidalaşmaq üçün gələn yaxınların, mahnılarını oxuyan dostların, tanışların 50-150 manatından keçib sənin 43 yaşında cavan məzarının ətrafını güllü-çiçəkli edə bilməzdilərmi? Niyə axı belə oldu? Niyə? Ona görə də "vay ölənin halına.
Allah sənə rəhmət eləsin. Allah sənin qəbrini yalandan qucaqlayan dostlarına da kömək olsun".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.