Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Rəşad Dağlı oğlu Yusifə toy edir - FOTO

Rəşad Dağlı oğlu Yusifə toy edir - FOTO

Rəşad Dağlı oğlu Yusifə toy edir - FOTO
2022-10-05 , 14:03

Yaxın günlərdə meyxanaçı Rəşad Dağlının övladının xeyir işi olacaq. 

Məşhur ilk övladı Yusifə kiçik toy edəcək.
Onun oğlunun şad günü oktyabrın 10-da keçiriləcək. Məclisdə Dağlının ailə üzvləri, yaxınları, meyxanaçı dostları və bir sıra tanınmış simalar yer alacaqlar.
Yusifin kiçik toyu Xəzər rayonunun Buzovna qəsəbəsindəki restoranlardan birində baş tutucaq. Toya 500-600 qonağın dəvət olunduğu bildirilir.
Xatırladaq ki, meyxanaçının oğlunun 11 yaşı var. O, 5-ci sinif şagirdidir. Rəşadın Yusifdən başqa Bətul adlı azyaşlı qızı da var.
Meyxanaçı sosial şəbəkə hesabında tez-tez övladları ilə görüntülərini paylaşır. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.